İş barədə məlumat:
- İş yeri: Bakıxanov ərazisi, Bəşir Bünyadov küç. 12 M
- Yaş həddi: 30-40 yaş
- Təcrübə: Minimum 3-5 il satış sahəsində
- İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
- Yemək: Şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
- Şirkətin karton məhsullarının satışının təşkili və idarə edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
- Satış planlarının icrası və aylıq hədəflərin yerinə yetirilməsi;
- Bazarın təhlili, rəqiblərin fəaliyyətinin izlənilməsi və bazar payının artırılması istiqamətində təkliflərin hazırlanması;
- Qiymət strategiyasının formalaşdırılmasında və satış kampaniyalarının hazırlanmasında iştirak;
- Satış hesabatlarının və təhlillərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin qəbulu, sənədləşdirilməsi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin olunması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes, Marketinq və ya əlaqəli sahə üstünlükdür);
- Satış və ya müştəri əlaqələri sahəsində minimum 3-5 il iş təcrübəsi;
- İstehsal və ya karton məhsulları üzrə satış təcrübəsi üstünlükdür;
- Bazar araşdırması, satış analizi və kommersiya təkliflərinin hazırlanması bacarığı;
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönümlü iş yanaşması;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Sürücülük vəsiqəsi (B kateqoriyası) və ezamiyyətlərə hazır olmaq.
Müraciət qaydası:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərsiniz. Email-in “mövzu” hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.