Flazer Flazer
  • 288

Satış üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə mütəxəssis

  • Deadline 13 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • İş yeri: Bakıxanov ərazisi, Bəşir Bünyadov küç. 12 M
  • Yaş həddi: 30-40 yaş
  • Təcrübə: Minimum 3-5 il satış sahəsində
  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Yemək: Şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri:

  • Şirkətin karton məhsullarının satışının təşkili və idarə edilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
  • Satış planlarının icrası və aylıq hədəflərin yerinə yetirilməsi;
  • Bazarın təhlili, rəqiblərin fəaliyyətinin izlənilməsi və bazar payının artırılması istiqamətində təkliflərin hazırlanması;
  • Qiymət strategiyasının formalaşdırılmasında və satış kampaniyalarının hazırlanmasında iştirak;
  • Satış hesabatlarının və təhlillərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin qəbulu, sənədləşdirilməsi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin olunması.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznes, Marketinq və ya əlaqəli sahə üstünlükdür);
  • Satış və ya müştəri əlaqələri sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • İstehsal və ya karton məhsulları üzrə satış təcrübəsi üstünlükdür;
  • Bazar araşdırması, satış analizi və kommersiya təkliflərinin hazırlanması bacarığı;
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönümlü iş yanaşması;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və ezamiyyətlərə hazır olmaq.

Müraciət qaydası:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərsiniz. Email-in “mövzu” hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

  • Daily145
  • Weekly242
  • Monthly242