Marketinq üzrə kiçik mütəxəssis

  • Истекает 26 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Flexline komandası marketinq sahəsində inkişaf etmək istəyən, kreativ və təşəbbüskar namizədləri Marketinq üzrə kiçik mütəxəssis vəzifəsinə dəvət edir.

Namizədə tələblər:

  • Instagram, Facebook, TikTok və LinkedIn platformalarının idarə olunması üzrə bilik və praktiki bacarıq;
  • Sosial media hesabları üçün kontent planının hazırlanması və paylaşım təqviminin idarə edilməsi;
  • Meta Business Suite vasitəsilə paylaşımların planlaşdırılması, səhifələrin idarə edilməsi və statistik göstəricilərin izlənilməsi;
  • Canva proqramında sosial media paylaşımları, reklam vizualları və qrafik materialların hazırlanması;
  • CapCut vasitəsilə video çəkilişlərin montajı, redaktəsi və sosial media formatlarına uyğunlaşdırılması;
  • Foto və video çəkilişlərinin təşkili, kontent üçün yaradıcı ideyaların hazırlanması;
  • ChatGPT və digər süni intellekt (AI) alətlərindən istifadə bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
  • Kreativ düşüncə, vizual zövq və güclü kommunikasiya bacarığı;
  • Marketinq trendlərini və sosial media yeniliklərini izləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

İş şəraiti və üstünlüklər:

  • Premium idman zalından ödənişsiz istifadə imkanı;
  • Nahar yeməyi;
  • İş fəaliyyəti üçün zəruri çəkiliş avadanlıqları və mobil telefonun təqdim edilməsi;
  • Həftədə 5 iş günü, 2 istirahət günü;
  • Rəsmi bayram günlərində istirahət;
  • Rahat və peşəkar iş mühiti.

İş qrafiki: 09:00–18:00

İş yeri: Yasamal rayonu, Üç Tac yaşayış kompleksi.

Marketinq sahəsində inkişaf etmək və komandamızın bir hissəsi olmaq istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily12
  • Weekly377
  • Monthly1845