İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Zabrat qəsəbəsi
- İş qrafiki: Tam ştat
- Əməkhaqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Mürəkkəb metal konstruksiyaların qaynaq işlərinin icrası.
- Qaynaq olunacaq konstruksiyaların çertyojlar əsasında oxunması və icrası.
- İşə başlamazdan əvvəl sahə rəisi və ya növbə rəisi tərəfindən verilmiş tapşırıqlarla tanış olmaq.
- Tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, icra barədə sahə rəisinə məlumat verilməsi.
- Qaynaq prosesində temperatur rejiminə ciddi nəzarət etmək.
- Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını bilmək və düzgün istifadə etmək.
- Sabit və dəyişən cərəyanla qaynaq üsullarını, qaynaq növlərini və qaynaq edilən metalların fiziki xassələrini bilmək.
- Qaz qaynağında istifadə olunan qazların saxlanma və təhlükəsizlik qaydalarına əməl etmək.
- Metalın markası və qalınlığından asılı olaraq qızdırılma qaydalarına riayət etmək.
- Qaynaq tikişlərinin sınanması və nəzarət üsullarını tətbiq etmək.
- İstehsalat sahəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
Tələblər:
- Orta-texniki təhsil.
- Qaynaq üzrə müvafiq sertifikat və ya ixtisas sənədi.
- Analoji sahədə minimum 3 il iş təcrübəsi.
- Texniki çertyojları oxuma bacarığı.
- Məsuliyyətli, diqqətli və təhlükəsizlik qaydalarına riayət edən olmaq.
- Komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.