Qəbul və qeydiyyat üzrə menecer (FO Manager)

  • Истекает 14 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası

Tələb olunan biliklər:

  • Qonaqpərvərlik sahəsində xidmət standartları;
  • Azərbaycan; Rus və İngilis dili biliyi;
  • Opera programı 
  • Microsoft Office programları: Outlook, Word və Excel 

Tələb olunan bacarıqlar:

  • Liderlik, komanda idarəetməsi və problem həll etmə bacarığı;
  • Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
  • Qonaq yönümlü və məsuliyyətli yanaşma;
  • Stressli vəziyyətləri düzgün idarə etmə;

Xüsusi tələb

  • Ali təhsil; 
  • Otelçilik və ya turizm sahəsində müvafiq iş təcrübəsi;
  • Qonaqpərvərlik sahəsində azı 3 il rəhbər kimi iş təcrübəsi 

Gözlənilən davranışlar:

  • Nizam-intizam;
  • Problem həll etmə qabiliyyətləri
  • Rəhbərlik bacarığı;

Vəzifə öhdəlikləri:

  • Qəbul və qeydiyyat şöbəsinin gündəlik fəaliyyətini idarə etmək;
  • Mehmanxananın SOP-si nəzərə alınmaqla əməkdaşları öyrətmək, dəstək vermək və nəzarət etmək;
  • Resepşn, rezervasiya və qonaqla əlaqələr proseslərinə nəzarət etmək;
  • Qonaqların qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
  • Check-in və check-out proseslərinin düzgün və operativ təşkilinə nəzarət etmək;
  • Qonaq məmnuniyyətini və otelin xidmət standartlarını yüksək səviyyədə saxlamaq;
  • Qonaq şikayətlərini operativ həll etmək və lazımi tədbirlər görmək;
  • Günlük hesabatlara, kassa əməliyyatlarına və digər prosedurlara nəzarət etmək;
  • Digər şöbələrlər effektiv koordinasiya yaratmaq.
  • Şöbə büdcəsinin idarə edilməsi;
  • 3 növbəli davamiyyət cədvəlinin hazırlanması;
  • Qəbul və qeydiyyat işçiləri üçün iş yüklərini planlaşdırmaq və bölüşdürmək;
  • Qəbul zamanı nizamlı görünüşün təşkilindən məsul olmaq;

İş qrafiki:

  • 5 günlük iş rejimi (Növbəli iş qrafiki)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası
  • İşə gəliş servislə təmin edilir.

Tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində “Qəbul və qeydiyyat üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly139
  • Monthly1236