Vəzifə öhdəlikləri:
- Marketinq üçün vizual, qrafik və motion dizaynlar hazırlamaq (ATL/BTL)
- Poliqrafiya və çap məhsullarının hazırlanması üçün faylları təhvilə uyğunlaşdırmaq.
- Komanda ilə əməkdaşlıq edərək layihə briflərini vizual formata çevirmək.
- Müasir dizayn trendlərini izləmək və tətbiq etmək.
- Mövcud brend kimliyinə uyğun dizayn həlləri hazırlamaq.
- Foto və video məzmunu işləmək və paylaşım formatlarına uyğunlaşdırmaq
Namizədə tələblər:
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Adobe Illustrator, Photoshop, After Effects proqramlarını yaxşı bilmək
- Vizual kommunikasiya və dizayn prinsiplərini anlamaq
- Sosial media üçün vizual kontentlərin çəkilməsi və hazırlanması (post, story, reels və s.)
- Vaxtın idarə olunması və özünü təşkiletmə bacarığı
- Komandada işləmək bacarığı və sürətli adaptasiya
- Motion dizayn, 3D və animasiya bacarıqları
- Çap materialları üzrə təcrübə
- Sosial media, veb, tətbiq və email üçün rəqəmsal dizayn hazırlamaq
- Fikir və kreativ konseptlərin yaradılmasında iştirak
- Şirkətin çəkiliş proseslərində aktiv iştirak etmək.
İş şərtləri:
- Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-18:00
- Nahar və servis şirkət tərəfindən qarşılanır
- Əmək haqqı müsahibə zamanı bildiriləcək
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qrafik-dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.