Tur Meneceri (Outgoing)

  • Истекает 4 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

FM1 TOUR MMC komandamıza təcrübəli Tur Meneceri (Outgoing) axtarırıq! (Tur rəhbəri və başqa sahədə satışda olan şəxslər müraciət etməsin)

İş şəraiti 

  • İş yeri: Bakı
  • İş rejimi: Tam iş günü
  • İş qrafiki: Həftədə 6 gün
  • Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən + satış bonusu

Vəzifə öhdəlikləri:

  • Xarici istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması və satışı;
  • Aviabilet, otel, transfer, sığorta və digər turizm xidmətlərinin bronlaşdırılması;
  • Müştərilərdən daxil olan sorğuların operativ cavablandırılması;
  • Müştərinin ehtiyacına uyğun tur paketlərinin hazırlanması;
  • Tur operatorları və xarici tərəfdaşlarla yazışmaların aparılması;
  • Rezervasiya prosesinin başlanğıcdan sona qədər idarə olunması;
  • Satış planlarının yerinə yetirilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası dəstəyin göstərilməsi.

Namizədə tələblər:

  • Turizm sahəsində minimum 2 il iş təcrübəsi;
  • Outgoing turizm üzrə praktiki təcrübə;
  • Tur paketləri və aviabilet satışında bilik;
  • Otel və digər rezervasiya sistemləri ilə işləmə bacarığı;
  • Güclü satış və müştəri ilə ünsiyyət bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Stress altında işləmək və problemləri operativ həll etmək bacarığı.

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı;
  • Satışdan bonus sistemi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və inkişaf imkanı;
  • Stabil iş şəraiti.

 CV-nizi “Tur Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Yalnız tələblərə uyğun və turizm sahəsində real təcrübəsi olan namizədlərin CV-lərinə baxılacaq.

  • Daily18
  • Weekly593
  • Monthly479