Vəzifəyə olan tələblər:
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Riskləri və ya digər müvafiq sahədə iş təcrübəsi olan;
- Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
Vəzifə öhdəlikləri:
- Kredit risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
- Kredit reytinq və skorinq sistemlərinin yaradılması və fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
- Kredit risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Risklərinin idarəedilməsi üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.