İş barədə məlumat:
Tikinti və infrastruktur layihələrində elektrik sistemlərinin layihələndirilməsi, quraşdırılması və təmiri üzrə yüksək peşəkarlıq nümayiş etdirə biləcək, məsuliyyətli və təcrübəli Elektrik mühəndisi axtarırıq.
Namizədə dair tələblər:
- Ali təhsil (Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə);
- Elektrik mühəndisliyi sahəsində minimum 3 il iş təcrübəsi;
- Elektrik sistemlərinin layihələndirilməsi və texniki planlaşdırma bacarığı;
- AutoCAD və digər müvafiq dizayn proqramlarında təcrübə;
- Təhlükəsizlik qaydalarına riayət etmək və yüksək diqqətlilik;
- Komanda ilə işləmək və müxtəlif layihələrdə koordinasiya bacarığı.
Vəzifə öhdəlikləri:
- Elektrik layihələrinin hazırlanması və icrası;
- Elektrik avadanlıqlarının seçilməsi, quraşdırılması və sınaqdan keçirilməsi;
- Elektrik sistemlərinin texniki sənədlərinin hazırlanması;
- Elektrik layihələrinə nəzarət və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
- Təhlükəsizlik standartlarına və layihə tələblərinə uyğun işin görülməsi.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Elektrik mühəndisi” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.