Qazmaçı (Driller)

  • Истекает 29 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat:

  • "Focus Engineering & Construction" MMC həyata keçirdiyi iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, intizamlı və səyyar iş rejiminə uyğunlaşa biləcək Qazmaçı (Driller) axtarır.

Namizədə dair tələblər:

  • Qazma işləri üzrə müvafiq peşə hazırlığı və etibarlı sertifikatların olması mütləqdir;
  • Geotexniki, geoloji və ya tikinti sahəsində qazma işləri üzrə minimum 2 il iş təcrübəsi;
  • Müxtəlif qazma avadanlıqları ilə işləmək bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma;
  • Ezamiyyət rejimində işləmək imkanının olması.

Vəzifə öhdəlikləri:

  • Layihə sahələrində geotexniki və geoloji qazma işlərinin həyata keçirilməsi;
  • Qazma avadanlıqlarının təhlükəsiz və düzgün istismarının təmin edilməsi;
  • Torpaq və süxur nümunələrinin düzgün götürülməsi və mühafizə olunması;
  • Avadanlıqların gündəlik texniki vəziyyətinin yoxlanılması və nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
  • İş sahəsində təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına riayət edilməsi;
  • Geoloq və mühəndis heyəti ilə koordinasiyalı şəkildə fəaliyyət göstərilməsi.

Əmək haqqı və şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.

Tələblərə uyğun namizədlərdən CV-lərini, e-mailin mövzu hissəsində “Qazmaçı (Driller)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily5
  • Weekly332
  • Monthly2601