İş barədə məlumat:
Ttikinti və təmir layihələrində səthlərin boyanması və rəngləmə işlərini yüksək keyfiyyətlə yerinə yetirə biləcək, peşəkar və məsuliyyətli Rəngsaz axtarırıq.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə peşə və ya orta texniki təhsil;
- Rəngsazlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Fərqli boya növləri, texnologiyalar və tətbiq üsulları üzrə biliklər;
- Alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə bacarığı;
- Dəqiqlik, məsuliyyət və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müxtəlif səthlərin (divar, tavan, metal, taxta və s.) boya işlərinin icrası;
- Boya öncəsi səthlərin hazırlanması (təmizləmə, zımpara, astarlama və s.);
- Verilən texniki tapşırıqlara və təhlükəsizlik qaydalarına uyğun işləmək;
- İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- Alət və materiallara qulluq və düzgün istifadə.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Rəngsaz” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.