Molekulyar bioloq

  • Истекает 17 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır.

Vəzifə öhdəlikləri:

  • Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
  • Reaktivlərin və məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət;
  • Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması;
  • Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması;
  • Cihazların performans yoxlamalarının həyata keçirilməsi;
  • Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
  • Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi;
  • Analiz nəticələrinin işlənməsi;
  • Təlimatların, planların və formaların hazırlanması.

Tələblər:

  • Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi tələb olunmur;
  • Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.

İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00.

Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir).

Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində daimi işlə təmin ediləcəklər.

Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily83
  • Weekly366
  • Monthly1838