ForEver18 International ForEver18 International
  • 321

Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri

  • Deadline 26 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Beynəlxalq bazarda fəaliyyət göstərən ForEver18 International şirkətimizə estetik və kosmetik məhsullar sahəsində təcrübəli, yüksək ünsiyyət və satış bacarıqlarına malik, nəticəyönümlü *Satış Meneceri* axtarılır.

website:

Namizəd həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edəcək, satış strategiyalarının icrasında və şirkətin bazar inkişafında aktiv rol alacaqdır.

Baş ofis: Cənubi Koreya - Filial: Azərbaycan

İş şəraiti

  • Vakansiya növü: Tam ştat
  • Əməkhaqqı: 800 AZN + satış bonusu (müsahibə nəticəsinə əsasən)
  • İş qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
  • 1 saatlıq nahar fasiləsi

Ünvan: Makro Park, Ülvi Bünyadzadə, Bakı şəhəri (Dədə Qorqud parkı yaxınlığı) 

Əsas Vəzifələr

  • Estetik və kosmetik məhsullar üzrə B2B və B2C satış proseslərinin idarə olunması
  • Yerli və xarici müştərilərlə peşəkar satış danışıqlarının aparılması
  • Zoom, Google Meet və digər platformalar üzərindən təqdimat və biznes görüşlərinin təşkili
  • Yeni müştəri və distribyutorların cəlb olunması
  • Mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi və davamlı idarə olunması
  • Məhsulların peşəkar təqdimatı və satış strategiyalarının həyata keçirilməsi
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Beynəlxalq sərgi, seminar və tədbirlərdə iştirak
  • Yeni məhsulların araşdırılması, öyrənilməsi və bazar analizinin aparılması

Tələblər

  • Ali təhsil (Biznesin idarəedilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə üstünlükdür)
  • Satış və ya biznes inkişafı sahəsində minimum 3 il iş təcrübəsi
  • İngilis dili – yüksək səviyyədə (şifahi və yazılı)
  • Rus dili biliyi - yüksək səviyyədə (şifahi və yazılı)
  • Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı
  • CRM və onlayn kommunikasiya platformaları ilə işləmə bacarığı
  • Yüksək kommunikasiya və müştəri münasibətlərinin idarə olunması bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı

Vacib Qeyd:

  • Satış meneceri ofis daxilində fəaliyyət göstərəcək və satış proseslərini onlayn kommunikasiya vasitəsilə idarə edəcək. Vəzifəyə müştərilərlə WhatsApp, e-mail, sosial media və vebsayt üzərindən ünsiyyət qurmaq, sorğuları cavablandırmaq, satış prosesini koordinasiya etmək və müştəri münasibətlərini idarə etmək daxildir. Heç bit Fiziki və ya sahə satış fəaliyyəti həyata keçirilmir.
  • Namizədin ingilis və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı olması mütləqdir.

Bu vəzifə beynəlxalq biznes mühitində çalışmaq, xarici bazarlarla əməkdaşlıq etmək və peşəkar inkişaf üçün geniş imkanlar təqdim edir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly238
  • Monthly2277