İnşaat Mühəndisi

  • Истекает 7 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Fortis Construction komandamıza tikinti layihələrinin yüksək keyfiyyət standartlarına uyğun və müəyyən edilmiş müddətlərdə icrasını təmin edəcək peşəkar İnşaat Mühəndisi dəvət edir.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və tikinti norma və qaydalarına uyğun icrasını təmin etmək;
  • Tikinti prosesini planlaşdırmaq, iş qrafikinin icrasına nəzarət etmək və yaranan gecikmə risklərini operativ şəkildə aradan qaldırmaq;
  • Layihə, çertyoj, smeta və texniki sənədləri təhlil etmək, icra zamanı yarana biləcək uyğunsuzluqları müəyyənləşdirmək;
  • Podratçı, subpodratçı və sahə komandalarının fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;
  • Görülmüş iş həcmlərini yoxlamaq, ölçülərin düzgünlüyünü təmin etmək və icra sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Material tələbatını planlaşdırmaq, materialların qəbuluna, düzgün istifadəsinə və sərfiyyatına nəzarət etmək;
  • Tikinti prosesində yaranan texniki problemləri təhlil etmək, optimal həll yolları hazırlamaq və icrasını təmin etmək;
  • Texniki ofis, sifarişçi, texniki nəzarət və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Layihənin gedişatı üzrə gündəlik və aylıq hesabatlar hazırlamaq, rəhbərliyi operativ məlumatlandırmaq;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və keyfiyyət standartlarının tikinti sahəsində tətbiqinə nəzarət etmək;
  • Layihənin təhvil-təslim mərhələsində iştirak etmək, icra sənədlərinin tamlığını və düzgünlüyünü təmin etmək.

Namizədə tələblər

  • İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Tikinti norma və qaydaları, tikinti texnologiyaları və materialları üzrə biliklər;
  • Layihə, smeta sənədləri və texniki çertyojlarla işləmək bacarığı;
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, problemlərin operativ həlli və qərarvermə bacarığı;
  • Yüksək məsuliyyət, təşkilatçılıq, ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür.

Üstünlük təşkil edir

  • Revit, Civil 3D və ya Microsoft Project proqramları üzrə biliklər;
  • Premium yaşayış və iri həcmli tikinti layihələrində iş təcrübəsi;
  • Texniki ofis və sahə koordinasiyası sahəsində təcrübə.

İş şəraiti

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
  • İş növü: Tam ştat

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə İnşaat Mühəndisi yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily2
  • Weekly562
  • Monthly579