İş İcraçısı (tikintidə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş İcraçısı (tikintidə)

  • Истекает 1 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə tələblər:

  • Ali təhsil (Sənaye və mülki tikinti)
  • Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az +3 illik təcrübə
  • Komputer bilikləri: Autocad; Microsoft Office;
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni bilməlidir;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
  • Regionlara ezamiyyətə getmək imkanı olmalıdır;

Vəzifə öhdəlikləri:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir
  • Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir
  • Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
  • Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
  • İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir
  • Əməkhaqqı: namizədin bilik-bacarığından asılı olaraq dəyişir

Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində « İş İcraçısı » qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir

  • Daily2
  • Weekly2
  • Monthly210