Fortis Construction Fortis Construction
  • 271

Memar - mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar - mühəndis

  • Deadline 20 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair texniki tələblərin və konsepsiyanın müəyyən edilməsi
  • Obyektə ilkin baxışın keçirilməsi və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması
  • Yaşayış və qeyri-yaşayış obyektlərinin eskiz və işçi layihələrinin hazırlanması
  • Plan, kəsik, fasad və detal cizgilərinin işlənməsi
  • Memarlıq və mühəndis cizgilərdən ibarət tam layihə paketinin hazırlanmasında iştirak
  • Layihələrin dövlət tikinti norma və standartlarına uyğunluğunun təmin edilməsi
  • Müvafiq dövlət qurumlarına təqdim ediləcək layihə sənədlərinin hazırlanması
  • Smetaların və həcmlərin hesablanmasında iştirak
  • Material seçimi və texniki göstəricilərin müəyyənləşdirilməsi
  • Layihə üzrə dəyişikliklərin operativ şəkildə işlənməsi
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi
  • Tikinti sahəsində aparılan işlərə tam və mütəmadi nəzarət
  • Mühəndis, konstruktor, mexanika və elektrik mütəxəssisləri ilə koordinasiya
  • Subpodratçılar və təchizatçılarla əməkdaşlıq
  • Görülmüş işlər barədə rəhbərliyə hesabatın təqdim edilməsi

Tələblər:

  • Müvafiq sahədə ali təhsil (Memarlıq və ya İnşaat mühəndisliyi)
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir)
  • AutoCAD və digər aidiyyəti proqramlarla işləmək bacarığı
  • Tikinti norma və qaydalarını bilməsi
  • Layihələndirmə prosesində müxtəlif sahə mühəndisləri ilə birgə işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və işi vaxtında təhvil vermək bacarığı
  • Detallara diqqət və eyni zamanda bir neçə layihəni paralel idarə etmə bacarığı
  • Azərbaycan və rus dili biliyi ( ingilis arzuolunandır)
  • Yaş həddi: 30+

İş şəraiti

  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: Razılaşma yolu ilə

CV-lərinizi mövzu hissəsində “Memar mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily13
  • Weekly13
  • Monthly1903