Vəzifə öhdəlikləri
- MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə uzlaşmasını nəzarətdə saxlamaq
- Qazanxana sistemlərinin (kotel, nasoslar, kollektorlar, avtomatika və s.) yığılma ardıcıllığını bilmək və prosesə nəzarət etmək
- Tikinti sahəsində mexanika və elektrik işlərinin düzgün və layihəyə uyğun aparılmasına ümumi nəzarət
- Podratçı və ustaların işinin təşkili və koordinasiyası
- Görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizlik qaydalarına nəzarət
- Texniki problemlərin operativ həlli və rəhbərliyə hesabat verilməsi
- Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq
- Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.
Tələblər:
- Ali təhsil (Mexanika, Elektrika, İstilik-energetika, Elektromexanika və ya oxşar)
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi
- Mexaniki və elektrik layihələrini sərbəst oxuma bacarığı
- Qazanxana sistemləri üzrə praktik bilik və təcrübə
- Ümumi tikinti proseslərini anlama və sahədə işə nəzarət bacarığı
- Məsuliyyətli, tələbkar və təşkilatçılıq qabiliyyəti olan şəxs
İş şəraiti
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Razılaşma yolu ilə
CV-lərinizi mövzu hissəsində “Mexanika və Elektrika mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.