PR Menecer (Tikinti şirkətinə)

  • Истекает 23 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin inkişaf strategiyasına uyğun marketinq və PR planlarının hazırlanması və icrası
  • Brendin mövqeləndirilməsi və bütün kommunikasiya kanallarında vahid imicin qorunması
  • Media ilə əlaqələrin qurulması və korporativ kommunikasiya proseslərinin idarə edilməsi
  • Reklam kampaniyalarının, tədbirlərin və tanıtım fəaliyyətlərinin təşkili
  • Sosial media, vebsayt və rəqəmsal platformaların idarə olunması
  • Bazar araşdırmaları aparmaq, rəqib fəaliyyətini analiz etmək və strategiyanı buna uyğun formalaşdırmaq
  • Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və hesabatlar hazırlamaq
  • Şirkəti tədbirlərdə və ictimai platformalarda təmsil etmək

Tələblər:

  • Marketinq, PR, Biznes və ya əlaqəli sahə üzrə ali təhsil
  • Minimum 5 il iş təcrübəsi (ən azı 2 il rəhbər vəzifədə)
  • Tikinti sektorunda iş təcrübəsi üstünlükdür
  • Brend idarəetməsi və rəqəmsal marketinq üzrə təcrübə
  • Analitik düşüncə və strateji planlaşdırma bacarığı
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)

Maraqlanan namizədlər CV-lərini “PR Menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily16
  • Weekly596
  • Monthly2305