SƏTƏM üzrə mütəxəssis

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz tikinti layihələri üzrə fəaliyyət göstərmək üçün təcrübəli və məsuliyyətli SƏTƏM üzrə mütəxəssis axtarır.

Əsas vəzifə və öhdəliklər

  • Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Tikinti meydançasında mövcud riskləri müəyyən etmək, qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
  • İşçilərin təhlükəsizlik qaydalarına əməl etməsinə və fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsinə nəzarət etmək;
  • İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin və dövri təlimatlandırmalar keçirmək;
  • Təhlükəli işlərin təhlükəsiz şəkildə həyata keçirilməsinə nəzarət etmək;
  • Bədbəxt hadisələri, insidentləri və təhlükəli halları araşdırmaq, müvafiq tədbirlər görmək;
  • SƏTƏM üzrə sənədləşmə, yoxlama və hesabatları hazırlamaq;
  • Tikinti sahəsində aşkar edilmiş təhlükəsizlik pozuntularının aradan qaldırılmasını təmin etmək.

Namizədə tələblər

  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti layihələrində iş təcrübəsinin olması mütləqdir;
  • SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və risklərin qiymətləndirilməsi üzrə biliklər;
  • SƏTƏM sənədlərinin hazırlanması və aparılması bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
  • Rus dili biliyi üstünlükdür.

İş şəraiti

  • İş yeri: Gənclik, Bakı
  • Əmək haqqı: Müsahibə əsasında

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Əlaqə +994 51 277 23 50

  • Daily0
  • Weekly556
  • Monthly1971