Fortis Construction Fortis Construction
  • 264

Fortis Construction

Construction , Construction Materials

Texniki Ofisin Baş Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki Ofisin Baş Mühəndisi

  • Deadline 5 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Texniki ofisin fəaliyyətinin təşkili, idarə olunması və iş bölgüsünün aparılması;
  • Layihə sənədlərinin (çertyojlar, spesifikasiyalar, BOQ, shop drawing və s.) hazırlanmasına, yoxlanılmasına və təsdiq prosesinə nəzarət etmək;
  • Tikinti işlərinin həcmlərinin hesablanmasını və texniki analizini həyata keçirmək;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • İcra sənədlərinin, as-built çertyojların və digər texniki sənədlərin hazırlanmasına nəzarət etmək;
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək, texniki və kommersiya təkliflərini təhlil etmək;
  • Subpodratçılar tərəfindən təqdim olunan texniki sənədlərin yoxlanılmasını və təsdiqə təqdim edilməsini təmin etmək;
  • Layihə dəyişikliklərinin (variation order) hesablanmasını, sənədləşdirilməsini və razılaşdırılmasını həyata keçirmək;
  • Material spesifikasiyalarının hazırlanmasına və layihə tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Tikinti sahəsi, sifarişçi, layihəçi və subpodratçılar arasında texniki koordinasiyanı təmin etmək;
  • Müqavilə şərtlərinə uyğun olaraq işlərin icrasına nəzarət etmək;
  • İş qrafiklərinin hazırlanmasında iştirak etmək və icra vəziyyətini izləmək;
  • Texniki sənəd dövriyyəsini və layihə üzrə arxiv sistemini idarə etmək;
  • Texniki ofis əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və onların peşəkar inkişafına dəstək vermək;
  • Tikinti norma, qayda və standartlarının tətbiqinə nəzarət etmək.

Tələblər

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Texniki ofis sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
  • AutoCAD və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
  • Primavera P6 və ya MS Project proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Analitik düşünmə və hesablama bacarığı;
  • Liderlik, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Komanda ilə işləmək və yüksək məsuliyyət hissi.

İş qrafiki: Tam ştat

Əmək haqqı: Razılaşma yolu ilə

CV-lərinizi mövzu hissəsində “Texniki Ofisin Baş Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily126
  • Weekly126
  • Monthly852