İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Əmtəə-maddi sərvətlərin anbara qəbulunun, mühafizəsinin və buraxılmasının, yenidən geri alınmasının təmin edilməsi;
- Əmtəə-maddi sərvətlərin istifadə qaydalarına (texniki şərtlərinə) uyğun şərtlərdə (məs: lazımi temperatur şəraiti, ətraf mühitin mənfi təsirlərindən qorunan məkanda və s.) saxlanılmasının təmin edilməsi;
- Məhsulların saxlanılma yerlərinin təmizliyinin təmin edilməsi;
- Rəsmiləşdirmə qaydalarına və mədaxil–məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi;
- Anbardan məxaric olunan məhsulların, əmtəə-maddi sərvətlərin təhvilinə nəzarət edilməsi;
- Vaxtaşırı sistem (proqram) ilə faktiki anbarın yekunlarının və qalıqlarının müqayisəsinin aparılmasının təmin edilməsi;
- Anbardan ən çox tələb olunan əmtəə-maddi sərvətlər üçün minimum stok (ehtiyyat) siyahısının hazırlanması;
- Anbarda, yanğına qarşı ləvazimatların olmasına və onun sazlığına, avadanlığın və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
- İstehsal tarixi köhnə olan əmtəə-maddi sərvətlərlə bağlı rəhbərliyə məlumat verilməsi;
- Sistemdən yararsız əmtəə-maddi sərvətlərin rəhbərliyin icazəsi əsasında silinməsinə nəzarət edilməsi;
- Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Təminatlar:
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir;
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
- Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.