“FORTİS GROUP” MMC “Direktor assistenti” vakansiyası elan edir:
Direktor assistenti
- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalı;
- MS Office (Word, Excel) proqramlarını bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Sorğu materiallarının komplektləşməsini təmin edir, onları sinifləndirir və sistemləşdirir;
- Xidməti materiallarla işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
- Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır;
- Direktorun iclas və müşavirələrinin keçirilməsini planlaşdırır;
- Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərin çıxışlarının layihəsini hazırlayır;
- Direktorun tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyatlarını rəsmləşdirir;
- İcra olunmuş sənədləri ünvanlara yola salır;
- Menecment iclaslarının protokollarını tərtib edir və uçotunu aparır;
- Cəmiyyətin Direktoru tərəfindən struktur bölmələrinə göndərilən əmr, sərəncam, tədbirlər planı və s. göstərişlərin icrasına nəzarət edir;
- Direktorun tələb etdiyi forma və müddətlərdə fəaliyyətinə aid hesabatları hazırlayır və təqdim edir;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsini təmin edir;
Təminatlar:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Direktor assistenti” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.