İşə qəbul üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşə qəbul üzrə mütəxəssis

  • Истекает 10 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Ali təhsil (İdarəetmə, Sosiologiya,Psixologiya və ya müvafiq sahə);
  • Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalı;
  • MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
  • İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin istedadların cəlb edilməsi proqramını həyata keçirmək;
  • İşə qəbul prosesini həyata keçirmək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
  • Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək;
  • Müxtəlif sosial media platformalarından, həmkar şəbəkələrdən, tövsiyələrən  istifadə edərək, potensial namizədləri vakansiyalar üzrə cəlb etmək;
  • Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək;
  • Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;
  • Müxtəlif əməkdaşlıq ideyaları irəli sürmək, fərqli universitet və təhsil ocaqları ilə əlaqələr qurmaq;
  • Verilənlər bazası, namizəd izləmə və idarə edilməsi sistemləri ilə işləmək;
  • Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
  • İşə götürmə metrikalarını izləmək;
  • İşəgötürənin brendinin gücləndirilməsi üçün töhfələr vermək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək; 

Təminatlar:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily21
  • Weekly444
  • Monthly2190