Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)

  • Deadline 7 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)

  • Müəssisənin adı: “FORTİS GROUP” MMC
  • İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Yaş həddi 25-55; 
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 2 il);
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Hazır məhsul istehsalatı sahəsinin fəaliyyətinə rəhbərlik etmək, istehsal sahəsinin vaxtında istismara hazırlanması, xammalın qəbulu, saxlanması, buraxılışı və digər məsələlərlə bağlı işlərin icra olunmasını təmin etmək;
  • İstehsal olunan məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına və anbarlara təhvil verilməsinə nəzarət etmək;
  • Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, texniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
  • Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
  • Fəhlələrin və operatorların fəaliyyətini əlaqələndirmək, sahənin işçilərinə rəhbərlik etmək;
  • İstehsalat məhsullarının çeşidlərinin genişləndirilməsi və yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
  • Yeni resepturaların hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək;
  • İstehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə nəzarət etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)” yazaraq elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily153
  • Weekly153
  • Monthly2089