Fortune Trade MMC şirkəti olaraq, sürtkü yağları, filterlərin, akkumlyator və təkərlərin pərakəndə satışını həyata keçirəcək " PVL Satış Meneceri" vakansiyası üçün elanımızı təqdim edirik.
İş yeri: Bakı, Azərbaycan
Əsas vəzifələr:
- Məhsulların pərakəndə satışını təşkil etmək və satış hədəflərinə çatmaq
- Müştəri bazasını genişləndirmək və yeni müştərilərlə əlaqələr qurmaq
- Müştərilərə məhsullar haqqında məsləhət vermək və onların ehtiyaclarına uyğun həllər təklif etmək
- Satış prosesini izləmək və müvafiq hesabatlar hazırlamaq
- Bazarın təhlilini aparmaq və rəqabət mühitini izləmək
Namizədə tələblər:
- Ali təhsil
- Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi
- Sürtkü yağları, filterlər, akkumlyator və təkər haqqında biliklər arzuolunandır
- Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dili arzuolunandır
- MS Office proqramlarında işləmək bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Komandada işləmək və müştərilərlə effektiv əlaqə qurmaq qabiliyyəti
İş şəraiti:
- Həftə içi 5 gün 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 15:00-dək iş qrafiki
- Rəqabətə davamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Əməkhaqqı: 700-800 AZN
Maraqlanan namizədlərdən CV-lərini " Pvl Satış Meneceri" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.