Vəzifə öhdəlikləri:
- Direktorun iş qrafikinin hazırlanması və idarə olunması;
 - Görüşlərin, iclasların və səfərlərin təşkili;
 - Telefon zənglərinin, məktubların və elektron yazışmaların idarə olunması;
 - Rəsmi sənədlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;
 - İclas gündəliklərinin hazırlanması və yayılması;
 - Qonaqların qarşılanması və görüşlər üçün müvafiq şəraitin yaradılması;
 - Məlumatların düzgün və vaxtında ötürülməsi;
 - Şirkətin daxili və xarici imicinə uyğun ünsiyyətin təmin edilməsi;
 - Direktorun şəxsi və işgüzar məlumatlarının məxfiliyinin qorunması.
 - Rəhbərin ezamiyyət və digər səfərləri ilə bağlı texniki (viza alınması, bilet, mehmanxanada otaq sifarişi və s.) məsələləri qabaqcadan həll edilməsi.
 
Tələblər:
- Ali təhsil (əsasən idarəetmə, biznesin təşkili sahəsində);
 - Ofis proqramlarını (MS Office, ESD və s.) yüksək səviyyədə bilmək;
 - Rəsmi yazışma qaydalarını bilmək;
 - Xarici dil bilikləri (ingilis dili və ya rus dili);
 - Oxşar vəzifədə və ya inzibati işlərdə ən azı 2 il təcrübə;
 - Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
 - Güclü yazılı və şifahi ünsiyyət qabiliyyəti;
 - Tapşırıqları prioritetləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
 - Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
 - Operativ qərarvermə bacarığı.
 
İş şərtləri:
- İş məkanı: Bakı şəhər, Binəqədi rayonu,Binəqədi qəsəbəsi
 - Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
 - İş rejimi: 6 gün (6-cı gün qısa iş qrafiki)
 - Nahar: Təmin edilir
 
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.