F Foton
  • 874

Binaların idarəedilməsi və istismarı üzrə koordinator köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Binaların idarəedilməsi və istismarı üzrə koordinator köməkçisi

  • Deadline 7 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı; 
  • Könüllü tibbi siğorta; (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Rəhbərin bina idarəetməsinin müvafiq sahələri üzrə verdiyi tapşırıqları yerinə yetirmək;
  • Rəhbər tərəfindən müəyyənləşdirilən səlahiyyətlər çərçivəsində hərəkət etmək;
  • Gedən proseslər haqqında rəhbəri vaxtında və düzgün məlumatlandırmaq;
  • Bina ərazisində texniki xidmətə aid sənədləri, qüsur aktı tələb olunan qaydada tərtib etmək;
  • Layihədəki əməkdaşların məzuniyyət qalıqlarına nəzarət və mütəmadi olaraq layihə rəhbərinin müvafiq məlumatlarının koordinasiyası;
  • 1C proqramı vasitəsi ilə sifarişlərin verilməsi və icrasına nəzarət;
  • Anbar modulunun idarə edilməsi, istifadə olunan malların qeydiyyatı;
  • Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;
  • İşlənmiş və yararsız malların tullanması üçün siyahını hazırlamaq;
  • Binada istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək;
  • Texniki heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək;
  • İşçilərin SƏTƏM qaydalarına riayət etmələrinə nəzarət;
  • Binada yanğın xəbərdarlıq tədbirlərinin keçirilməsi və mövcud yanğın təhlükəsizlik sistemin işlək olduğunu təmin etmək.

Tələblər:

  • İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • İngilis dilini yaxşı səviyyədə bilmək;
  • Komanda ilə işləmək bacarığı;
  • Microsoft Word, Excel proqramlarını bilməli;
  • Yüksək təşkilatçılıq bacarıqları.

İş şəraiti:

  • İş rejimi:  5 günlük; 
  • İş yeri : Şamaxı şəhəri;
  • İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

Xahiş olur CV-lərinizi ”Bina üzrə koordinator köməkçisi” başlığı altında qeyd edilmiş elektron poçt ünvanına göndərəsiniz.

  • Daily81
  • Weekly674
  • Monthly1696