Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Rəhbərin bina idarəetməsinin müvafiq sahələri üzrə verdiyi tapşırıqları yerinə yetirmək;
- Rəhbər tərəfindən müəyyənləşdirilən səlahiyyətlər çərçivəsində hərəkət etmək;
- Gedən proseslər haqqında rəhbəri vaxtında və düzgün məlumatlandırmaq;
- Bina ərazisində texniki xidmətə aid sənədləri, qüsur aktı tələb olunan qaydada tərtib etmək;
- Layihədəki əməkdaşların məzuniyyət qalıqlarına nəzarət və mütəmadi olaraq layihə rəhbərinin müvafiq məlumatlarının koordinasiyası;
- 1C proqramı vasitəsi ilə sifarişlərin verilməsi və icrasına nəzarət;
- Anbar modulunun idarə edilməsi, istifadə olunan malların qeydiyyatı;
- Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;
- İşlənmiş və yararsız malların tullanması üçün siyahını hazırlamaq;
- Binada istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək;
- Texniki heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək;
- İşçilərin SƏTƏM qaydalarına riayət etmələrinə nəzarət;
- Binada yanğın xəbərdarlıq tədbirlərinin keçirilməsi və mövcud yanğın təhlükəsizlik sistemin işlək olduğunu təmin etmək.
Tələblər:
- İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- İngilis dilini yaxşı səviyyədə bilmək;
- Komanda ilə işləmək bacarığı;
- Microsoft Word, Excel proqramlarını bilməli;
- Yüksək təşkilatçılıq bacarıqları.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri : Şamaxı şəhəri;
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
Xahiş olur CV-lərinizi ”Bina üzrə koordinator köməkçisi” başlığı altında qeyd edilmiş elektron poçt ünvanına göndərəsiniz.