Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Təhkim olunduğu yaşayış və qeyri-yaşayış binalarında elektrik avadanlıq-qurğuların istismarı, quraşdırılması, sökülməsi, təmiri, baxış və qulluq qaydaları;
- İstifadə olunan avadanlıqların normal və təhlükəsiz, texniki şərtlərə uyğun qaydada işləməsinin təmin edilməsi;
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Periodik plan əsasında texniki baxışların aparılması;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları;
- Enerji qurğularının və avadanlıqların enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi ixtisasları üzrə);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
- MS Office proqramları biliyi; Auto Cad proqramlarında işləmək bacarığı;
- Müvafiq sahə üzrə xüsusi dərəcə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcək;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür).
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : Şamaxı şəhəri
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Elektrik mühəndisi” başlığı altında qeyd edilmiş e-mail ünvanına göndərə bilərsiniz.