Mexanik (Şamaxı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mexanik (Şamaxı)

  • Истекает 6 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Təmir, profilaktik baxım və cari texniki işlərin görülməsi və digər şöbələrlə koordinasiyası;
  • Təhkim olunduğu binalarda bütün texniki xidmətə aid sənədləri tələb olunan qaydada tərtib etmək;
  • Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;
  • Texniki heyətin davamiyyəti və nizam-intizamına daimi nəzarət etmək;
  • Texniki heyətə SƏTƏMM və başqa tələb edilən təlimləri keçib müvafiq sənədləri hazırlamaq;
  • Bütün avadanlıqlara baxım və nəzarət (generator, çiller, havalandırma sistemi, suvarma və suartma sistemləri, yanğınxəbərverici sistemləri, AHU və s.);
  • Yuxarıda qeyd olunan sistemlərin cari təmir işləri;
  • Minimum anbar ehtiyatının təmin edilməsi və hesabatın hazırlanması;
  • Yeni əmlakların və avadanlıqların təhvil –təslimi prosesində iştirak edilməsi;

Tələblər:

  • Müvafiq və oxşar sahə üzrə təhsil və biliklər;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
  • Microsoft Word, Excel proqramlarını bilməli;
  • Səliqəli, nizam-intizamlı və məsuliyyətli;

İş şəraiti:

  • İş rejimi:  5 günlük 
  • İş yeri : Şamaxı şəhəri

Xahiş olur CV-lərinizi ”Mexanik/Şamaxı” başlığı altında qeyd edilmiş elektron poçt ünvanına göndərəsiniz.

  • Daily0
  • Weekly330
  • Monthly495