Nə təklif edirik?
- Könüllü tibbi siğorta (ailə paketi);
 - “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
 - Peşəkar komanda ilə işləmək fürsəti;
 - İşçinin inkişafı üçün təlim, tədris proqramları.
 
Vəzifə öhdəlikləri:
- Qiymət sorğuları və tenderlərin müvafiq qaydalara uyğun təşkili;
 - Şirkət daxili satınalma prosedurlarına və əmrlərinə riayət olunmasına nəzarət;
 - Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
 - Müqavilə danışıqlarının həyata keçirilməsində hüquq şöbəsi ilə koordinasiyalı fəaliyyət;
 - Qiymət Sorğuları və Tender proseslərindən məlumatlılıq;
 - Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması təkliflərin qiymətləndirilməsi;
 - Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.
 - Sifariş Orderlərinin tərtibatı və idarə edilməsi
 - Sənəd dövriyyəsinin idarə edilməsi
 
Namizədə aid tələblər:
- Uyğun sahədə 2-3 il iş təcrübəsi;
 - Azərbaycan dilində səlis və rus dilində yaxşı səviyyədə bilmək;(ingilis dili biliyi arzuolunandır);
 - Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yerinə yetirmək;
 - MS Office proqramlarında (xüsusilə Excel) yaxşı işləmə bacarığı;
 - Detallara diqqət və problem həll etmə bacarığı;
 - Tikinti materialları, İT və nəqliyyat alışları üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
 
İş şəraiti:
- İş rejimi: 5 günlük
 - İş yeri: Bakı şəhəri
 
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Satınalmalar üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.