Smeta mühəndisi

  • Истекает 8 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nə təklif edirik?

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Könüllü tibbi siğorta (ailə paketi);
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Vəzifə öhdəlikləri:

  • Layihə cizgiləri və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması (Quantity Take-Off) və BOQ (Bill of Quantities) hazırlanması;
  • Cizgi və texniki sənədlərlə smeta məlumatlarının müqayisə edilməsi;
  • Təqdim olunmuş smetalarda iş həcmlərinin, material və avadanlıqların, tətbiq edilmiş qiymətlərin və digər xərclərin təhlil edilməsi;
  • İnşaat, elektrik, mexaniki, HVAC, santexnika, zəif axın və digər mühəndislik işləri üzrə smetaların qiymətləndirilməsi;
  • Hazırlanmış smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsi; 
  • Smeta üzrə qiymətlərin bazar qiymətləri ilə müqayisə edilərək əsaslandırılmış qiymətləndirmənin aparılması; 
  • Podratçılar tərəfindən təqdim olunan smeta və kommersiya təkliflərinin obyektiv və müqayisəli şəkildə qiymətləndirilməsi;
  • Layihənin ilkin büdcəsinin və hazır smeta əsasında ehtimal olunan yekun dəyərinin müəyyənləşdirilməsi.

Namizədə aid tələblər:

  • Ali təhsil – İnşaat mühəndisliyi, Smeta mühəndisliyi, İnşaat iqtisadiyyatı, Mühəndislik iqtisadiyyatı və ya digər müvafiq mühəndislik ixtisası üzrə
  • Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
  • Smeta, büdcə hesablamaları, BOQ və iş həcmləri (Quantity Take-Off) üzrə bilik və praktiki təcrübə;
  • İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki bilik;
  • MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD proqramlarında işləmə bacarığı.

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş yeri: Bakı (işin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam olunacaq).

Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

  • Daily103
  • Weekly588
  • Monthly838