Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
İşin təsnifatı:
- Bina sistemləri (HVAC, santexnik, elektrik və s.) üçün texniki xidmət fəaliyyətlərinin strateji nəzarəti və koordinasiyasını təmin etmək;
- Əməliyyat səmərəliliyini qorumaq və aktivlərin ömrünü uzatmaq üçün müntəzəm yoxlamaların, profilaktik baxımların və zəruri təmirlərin effektiv şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək;
- Təyin olunmuş vaxt və büdcələr çərçivəsində bütün yeni layihələrin planlaşdırılmasına, icrasına və tamamlanmasına nəzarət etmək;
- Layihənin mərhələlərinin yerinə yetirilməsini və əsas məsələlərin operativ şəkildə həll edilməsini təmin etmək üçün maraqlı tərəflərlə əlaqələndirmək;
- Texniki əməliyyatlar üçün OPEX büdcəsini hazırlamaq, nəzərdən keçirmək və idarə etmək;
- Maliyyə məqsədlərinə uyğunluğu təmin etmək üçün xərclərə nəzarət və lazım gəldikdə strateji düzəlişlər etmək;
- Effektiv əməkdaşlıq və performansı təmin etmək üçün texniki komandanı idarə etmək və onlara mentorluq etmək;
- Bütün ticarət mərkəzi obyektlərində SƏTƏMM standartlarına və tənzimləyici tələblərə ciddi riayət olunmasını təmin etmək;
- Təhlükəsizlik protokollarını həyata keçirmək və saxlamaq üçün SƏTƏMM mühəndisləri ilə əməkdaşlıq etmək;
- Texniki əməliyyatlar çərçivəsində əməliyyat təkmilləşdirmələri, risklərin azaldılması, xərclərin azaldılması və keyfiyyətin yaxşılaşdırılması üçün imkanları müəyyən etmək;
- Layihənin gedişatı, büdcə vəziyyəti və əməliyyat problemlərini mütəmadi yeniləmək;
- Texniki əməliyyatlarla bağlı şirkət siyasətini və prosedurlarını işləyib hazırlamaq, dəyişdirmək və həyata keçirmək, təşkilati məqsədlərə və sənayenin ən yaxşı təcrübələrinə uyğunluğu təmin etmək;
- Strateji planların hazırlanması və saxlanılması.
Tələblər:
- Mühəndislik, texniki və ya əlaqəli sahədə ali təhsil;
- Obyektin təmiri ilə bağlı texniki layihələrin idarə edilməsi sahəsində minimum 5 il təcrübə;
- Müvafiq sənayedə texniki komandaların idarə edilməsində geniş təcrübə;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İngilis dili üstünlükdür,
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri : Şamaxı şəhəri;
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Texniki işlər üzrə menecer” başlığı altında qeyd edilmiş e-mail ünvanına göndərə bilərsiniz.