Nə təklif edirik?
- Könüllü tibbi siğorta
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Regionlarda yerləşən obyektlərdə bağban və supervayserlərinin işini planlamaq və nəzarətdə saxlamaq;
- Yaşıllıq üzrə gündəlik, həftəlik və mövsümi baxım planlarını hazırlamaq;
- Suvarma sistemlərinin (avtomatik/damcılı) işlək vəziyyətinə nəzarət;
- Ağac, kol, qazon və dekorativ bitkilərin sağlamlığına gündəlik nəzarət;
- Xəstəlik və zərərverici risklərinin vaxtında aşkarlanması və tədbirlərin təşkili;
- Yaşıllıq üçün gübrə, pestisid, torpaq və avadanlıq tələbatının planlanması;
- Podratçı bağçılıq/landşaft şirkətlərinin işinə nəzarət;
- Heyətin iş bölgüsünü, intizamını və təlimini təmin etmək;
- Komplekslərin premium səviyyəsinə uyğun landşaft örtüyünü qorumaq;
- Aylıq iş icmalı və rayonlar üzrə görülən işlərin hesabatı;
- Material və resurs sərfi barədə aylıq hesabat;
- Suvarma sistemləri və bitki sağlamlığı üzrə vəziyyət hesabatı.
Namizədə aid tələblər:
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil;
- Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
- Alət və avadanlıqlar ilə işləmək bacarıqları;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) – yaxşı səviyyədə.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri. Vəzifə ilə əlaqədar mütəmadi olaraq regionlara ezamiyyətlər nəzərdə tutulur.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Yaşıllaşdırma üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.