Four Reasons Four Reasons
  • 519

Baş Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mühasib

  • Истекает 1 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizin maliyyə, vergi və kadr sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.

İş şəraiti

  • İş yeri: Bakıxanov, Ariana Biznes Park
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 1000 – 1200 AZN 

Vəzifə öhdəlikləri:

  • Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
  • Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
  • Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
  • ERP Sistemi: Şirkətin daxili ERP sisteminin qısa müddətdə mənimsənilməsi və məlumatların düzgün işlənməsinin təmin edilməsi.
  • Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
  • Kadr Uçotu: İşçilərin e-gov.az portalında qeydiyyatı və əmək müqavilələrinin hazırlanması.
  • Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
  • Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi

Namizədə tələblər:

  • Xanım namizəd 
  • Yaş: 30–45 
  • Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq).
  • Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər.
  • PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir.Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı.
  • Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
  • MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).
  • ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.
  • Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.
  • Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vacib qeyd: Tələblərə cavab verməyən, və subject-də vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmıyacaq!

  • Daily1
  • Weekly563
  • Monthly130