Vəzifə öhdəlikləri:
- Məhsulları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının vəziyyətini yoxlamaq;
- Sifarişlər əsasında anbardan mal çıxarılmasının təşkili və uçotu;
- Anbar uçotu üzrə məlumatların müvafiq proqram təminatında qeydlərinin aparılması;
- Rəhbərlik üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
Namizədlərə tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsil
- İş təcrübəsi: Anbar uçotu üzrə ən azı 3 il iş təcrübəsi (Keytring sahəsində üstünlükdür)
- MS Office proqramları (xüsusi ilə Excel) biliyi
- İİKO ilə işləmə bacarığı
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
- Operativ çalışqan, məsuliyyətli, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 08:00-dan 19:00-kimi
- İş yeri: Ağ şəhəri
- Nahar şirkət tərəfindən verilir
Əmək haqqı:
- Əmək haqqı 900-1000 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbar uçotu üzrə operator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Diqqət:
- Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
- Yalnız qeyd olunmuş ünvanına gələn CV-lərə baxılacaq
- Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil