Əsas vəzifə öhdəlikləri:
- SƏTƏM sahəsində daxili prosedur və siyasətlərin hazırlanması və tətbiqinə nəzarət
- İşçilərin əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə maarifləndirilməsi
- İş yerində əməyin təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət
- SƏTƏM təlimatlarının, təlimlərinin təşkili və sənədləşdirilməsi
- Qəza və hadisələrin araşdırılması və hesabatların hazırlanması
Namizədə tələblər:
- Ali texniki və ya mühəndislik təhsili (Əməyin mühafizəsi, ekologiya, qida mühəndisliyi və s. sahələr üzrə üstünlükdür)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və SƏTƏM üzrə normativ-hüquqi aktlar barədə biliklər
- Təlim keçirmək bacarığı və sənədlərlə işləmək bacarığı
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət
Təklif etdiyimiz şərtlər:
- Rəsmi əmək müqaviləsi
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- 6 günlük iş qrafiki
- Əmək haqqı 1500-1800 Azn
Müraciət qaydası:
- Zəhmət olmasa, CV-nizi mövzu hissəsində “SƏTƏM üzrə Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərin.