VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
* İşçilərin gündəlik fəaliyyətinə nəzarət və iş bölgüsünün aparılması
* Yeni işçilərin seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul prosesinin idarə olunması
* İşçilərin davamiyyəti, intizamı və iş keyfiyyətinə nəzarət
* Kassa əməliyyatlarına və gündəlik kassa hesabatlarına nəzarət
* Günlük sifarişlərin qəbul edilməsi, yoxlanılması və düzgün sayımının aparılması
* Anbar və məhsul qalıqlarına nəzarət, çatışmazlıqların vaxtında müəyyən edilməsi
* Məhsulların düzgün saxlanılması və istifadə müddətlərinə nəzarət
* Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət
* Müştəri məmnuniyyətinin artırılması və yaranan problemlərin operativ həll edilməsi
* Kafe daxilində nizam-intizam və təmizliyin qorunmasına nəzarət
* İş prosesində yaranan problemlərin rəhbərliyə vaxtında bildirilməsi
* Günlük iş nəticələri haqqında rəhbərliyə hesabat təqdim edilməsi
* Kafenin ümumi iş standartlarının qorunması və inkişaf etdirilməsi
NAMİZƏDDƏN TƏLƏBLƏR:
* Kafe, restoran və ya xidmət sektorunda idarəçilik təcrübəsi
* Güclü ünsiyyət və komanda idarəetmə bacarığı
* Məsuliyyətli, diqqətli və intizamlı olmaq
* Kassa və maliyyə əməliyyatlarına nəzarət bacarığı
* Stressli vəziyyətlərdə düzgün və operativ qərar qəbul etmək
* İşçilərlə düzgün kommunikasiya qurmaq və tələbkarlıq göstərə bilmək
* Müştəriyönümlü düşüncə
* Detallara diqqətli olmaq
* Problemləri vaxtında görmək və həll etmək bacarığı
* Növbə və iş qrafikinə uyğun işləyə bilmək
* Azərbaycan dili səlis; rus və ingilis dili bilmək üstünlükdür
* MS Office / Google Sheets və kassa proqramları ilə işləmək bacarığı üstünlükdür