Öhdəliklər:
- Əsas vəsaitlər – balansa daxil etmə, amortizasiya, inventarizasiya və balansdan çıxarılması üçün təkliflərin işlənib hazırlanması;
- Şirkət tərəfindən bağlanmış təsərrüfat, icarə, mühafizə və s. müqavilələrin fiziki formada saxlanılması və onların elektron reestrinin aparılması;
- Şirkət üzrə nağdsız təsərrüfat əməliyyatların aparılması (əsas vəsaitlərin alınmasından başqa) – ödəməyə gələn hesabların yoxlanılması, müqavilələri ilə tutuşdurub məbləğlərin ödənilməsi və mühasibat yazışmalarının bankın proqramında yığılması və s.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə edilməsi üzrə)
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili – arzu olunandır
- MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
- Ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq və innovasiyalara açıqlıq
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Maliyyə üzrə mütəxəssis” başlığı ilə elektron ü̈nvanına göndərmələri xahiş olunur.