GL ASC GL ASC
  • 412

Satış məsləhətçisi üzrə təcrübə proqramı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış məsləhətçisi üzrə təcrübə proqramı

  • Deadline 28 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Lökbatan, Mehdiabad, Sabirabad, Salyan, Astara, Siyəzən, Şabran, Qəbələ, İsmayıllı, Mingəçevir, Yevlax, Ağdaş, Goranboy, Tovuz, Qovlar və İmişli rayonlarında yerləşən filiallar üzrə əmək haqqı + bonuslu Satış məsləhətçisi vakansiyası üçün təcrübə proqramı.

Proqram haqqında:

Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.
Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.

İmtahan nəticələrinə əsasən:

  • Namizədlərə tam ştat və ya yarımştat Satış məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
  • Yarımştat Satış məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:

  • Tam ştat üçün başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
  • Yarımştat üçün başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək

Tələblər:

  • Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir)
  • Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramında iştirak etmək imkanı
  • Maliyyə yönümlü ilkin biliklərin qazanılması
  • Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi
  • Əmək haqqı + bonus

Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – müvafiq region üzrə)” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan: AZ1134, Bakı şəhəri, Asif Məhərrəmov küçəsi 22A

Əlaqə nömrəsi(+994 51) 206 69 05

  • Daily57
  • Weekly517
  • Monthly2134