Vakansiya haqqında qısa məlumat:
- GL ASC (“Sizin Lombard”) peşəkar və məsuliyyətli Sürücü axtarır. Əgər siz təhlükəsiz, operativ və dəqiq işləməyə üstünlük verirsinizsə, komandamıza qoşulmaq üçün müraciət edin!
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin işçi heyətinin və digər tapşırıqların daşınmasını təmin etmək;
- Avtomobilin texniki sazlığını yoxlamaq və onun təmizliyinə nəzarət etmək;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməklə təhkim olunmuş avtomobili idarə etmək;
- Marşrut və vaxt intizamına riayət etmək;
- Avtomobilin texniki problemlərini vaxtında rəhbərliyə bildirmək.
Namizədlər üçün tələblər:
- Yaş həddi: 25–45 yaş;
- Minimum 3 il sürücülük təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsi (üstünlük əlavə kateqoriyalara verilir);
- Yol hərəkəti qaydalarını dərindən bilmək və əməl etmək bacarığı;
- Məsuliyyətli, dürüst və dəqiq olmaq;
- Gərgin və dəyişkən iş qrafikində çalışmaq qabiliyyəti;
- Heç bir inzibati və ya cinayət məsuliyyətinin olmaması;
- Həqiqi hərbi xidməti başa vurmuş olmaq üstünlükdür.
Əmək haqqı: Əmək haqqı razılaşma yolu ilə müəyyən olunacaq.
Maraqlanan şəxslər CV-lərini “Sürücü” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.