“GL” ASC (Sizin Lombard) Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi) vəzifəsinə işçi qəbulu elan edir.
Biz, işçi heyətimizi gələcək uğurlarımızın təməli hesab edir və aşağıdakı istiqamətlərdə daimi inkişafa önəm veririk:
- İnsan resurslarının idarə edilməsində müasir metodların tətbiqi;
- Kollektivdə motivasiyanın artırılması və biliklərin inkişafı üçün layihələrin həyata keçirilməsi;
- Ədalətli performans dəyərləndirməsi və keyfiyyətli iş mühitinin təmin edilməsi.
Əsas vəzifələr:
- Yeni işə qəbul olunan kredit mütəxəssisləri üçün təlimlərin keçirilməsi;
- Kredit mütəxəssislərinə şirkətin iş prinsiplərinin, kreditləşmə prosesinin və daxili prosedurların öyrədilməsi;
- Müştəri ilə ünsiyyət və xidmət standartları üzrə praktiki təlimlərin təşkili;
- Təlim materiallarının hazırlanması və yenilənməsi;
- Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Təlim nəticələrinin təhlili və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi.
Namizədə tələblər:
- Təlimçi kimi iş təcrübəsi;
- Təqdimat və ünsiyyət bacarıqları;
- Auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı;
- Məlumatı sadə və anlaşıqlı şəkildə izah etmək bacarığı;
- Kredit, bank, lombard və ya satış sahəsində təcrübə üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.