Vəzifə öhdəlikləri:
- Baş ofis və filialların təsərrüfat işlərini koordinasiya etmək, mebel, təsərrüfat inventarları və idarəetmənin texniki vasitələri ilə təmin olunmasına, onların qorunmasına və vaxtında təmirinə nəzarət etmək;
- Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitdən səmərəli istifadə olunmasına nəzarət etmək;
- Baş ofis və filiallarda aparılan təmir-bərpa işlərinə dair smetanın tərtib edilməsi və aidiyyəti struktur bölmələrlə razılaşdırılmasını təmin etmək;
- Təsərrüfat və digər malların qalıqlarına daim nəzarət etmək;
- Şirkətin bütün qeyri-maliyyə aktivlərinin texniki, sanitar və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlanılmasına cavabdeh olmaq;
- Rəhbərliyin müəyyən etdiyi müddətlərdə Maliyyə Departamenti ilə birgə şirkətin qeyri-maliyyə aktivlərinin inventarizasiyasını təşkil etmək və icra etmək;
- Tabeliyində olan əməkdaşlar arasında düzgün iş bölgüsünü təmin etmək, fəaliyyətlərini əlaqələndirmək və əmək intizamına riayət olunmasına nəzarət etmək;
- Rəhbərliyə tələb olunan hesabatları vaxtında təqdim etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Yaş həddi: 30–40;
- Komandada işləmək və komandanı idarə etmək bacarığı.
Əməkhaqqı: Əməkhaqqı razılaşma yolu ilə müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən “Təsərrüfat şöbəsinin rəhbəri” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd: Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.