GL ASC GL ASC
  • 284

Təsərrüfat şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təsərrüfat şöbəsinin rəhbəri

  • Deadline 1 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Baş ofis və filialların təsərrüfat işlərini koordinasiya etmək, mebel, təsərrüfat inventarları və idarəetmənin texniki vasitələri ilə təmin olunmasına, onların qorunmasına və vaxtında təmirinə nəzarət etmək;
  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitdən səmərəli istifadə olunmasına nəzarət etmək;
  • Baş ofis və filiallarda aparılan təmir-bərpa işlərinə dair smetanın tərtib edilməsi və aidiyyəti struktur bölmələrlə razılaşdırılmasını təmin etmək;
  • Təsərrüfat və digər malların qalıqlarına daim nəzarət etmək;
  • Şirkətin bütün qeyri-maliyyə aktivlərinin texniki, sanitar və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlanılmasına cavabdeh olmaq;
  • Rəhbərliyin müəyyən etdiyi müddətlərdə Maliyyə Departamenti ilə birgə şirkətin qeyri-maliyyə aktivlərinin inventarizasiyasını təşkil etmək və icra etmək;
  • Tabeliyində olan əməkdaşlar arasında düzgün iş bölgüsünü təmin etmək, fəaliyyətlərini əlaqələndirmək və əmək intizamına riayət olunmasına nəzarət etmək;
  • Rəhbərliyə tələb olunan hesabatları vaxtında təqdim etmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Yaş həddi: 30–40;
  • Komandada işləmək və komandanı idarə etmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily89
  • Weekly587
  • Monthly2529