Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan dili – mükəmməl, Rus və İngilis dilləri arzu olunandır
- Təcrübə: 1-3 il
- Kompüter proqramları ilə işləmək bacarığı.
- Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək
İş barədə məlumat:
- Daxili sənədlərin kargüzarlıq qaydalarına uyğun hazırlanmasını, rəsmiləşdirilməsini, qeydə alınmasını və onların saxlanmasını təmin etmək;
- Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
- Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi üçün zəruri olan təşkilati işləri həyata keçirmək, bu qərarların müvafiq strukturlara çatdırılmasını təmin etmək;
- İclasların keçirilməsi üzrə bütün təşkilati işləri həyata keçirmək;
- Görülən işlər barəsində hesabat hazırlanması;
- Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.