Gabala Hospitality Group Gabala Hospitality Group
  • 296

Gabala Hospitality Group

Hotels, Restaurants & Leisure

Rəqəmsal Marketinq Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rəqəmsal Marketinq Mütəxəssisi

  • Deadline 24 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Gabala Hospitality Group” şirkəti rəqəmsal reklam fəaliyyətlərinin planlaşdırılması və icrasını gücləndirmək məqsədilə Rəqəmsal Marketinq üzrə Mütəxəssis vakansiyasını elan edir. 

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq strategiyanın yaradılmasında iştirak etmək;
  • Rəqəmsal marketinq kampaniyalarının (PPC, birbaşa, sosial media) planlaması, icrası, ölçülməsi və hesabatlılığı; bu istiqamətdə olan son metod və alətlərdən istifadə edərək reklam büdcələrinin optimallaşdırılması və kampaniyaların effektivliyinin artırılması; 
  • Son trend və yanaşmaların izlənilməsi, ölçü alətlərinin, rəqib və bazar məlumatlarının araşdırılması;
  • Vebsayt fəaliyyətlərinin icra edilməsi: cari vebsaytların performansının yüksləldilməsi, məzmunların dəyişdirilməsi, istifadəçilərin idarə edilməsi; yeni vebsaytların yaradılması proseslərinin idarə edilməsi;
  • Rəsmi vebsayt və digər onlayn profillərinin idarə edilməsi;
  • Vebsayt, rəqəmsal marketinq və digər rəqəmsal resurs və platformların idarə edilməsi;
  • Rəqəmsal fəaliyyətlə bağlı üçüncü tərəflərin koordinasiya edilməsi;
  • Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
  • Rəqəmsal B2C kommunikasiya (Email&SMS marketinqi);
  • Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.

Tələb olunan keyfiyyətlər:

  • Marketinq, Biznesin İdarə edilməsi, Menecment və ya digər əlaqədar sahələr üzrə təhsil. Əlavə sertifikatlar üstünlükdür;
  • Rəqəmsal marketinq üzrə ən az 2 il iş təcrübəsi;
  • Email marketinqi, məzmun marketinqi (content marketing), Google Adwords, Google Analytics, SEO, Sosial media reklamları istiqamətində təcrübə;
  • Analiz və hesabat bacarığı;
  • Planlı, dəqiq və punktual olmaq; 
  • Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
  • Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək bacarığı.

İş yeri Bakı şəhərindədir. Eyni zamanda hibrid və distant çalışma formatları da nəzərdən keçirilə bilər. Formatından asılı olmayaraq bu tam ştatlı bir vəzifədir və frilanser xidməti nəzərdə tutulmur. 

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı (Rəqəmsal marketinq mütəxəssisi) göstərilməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily6
  • Weekly713
  • Monthly2612