Gabala Hospitality Group Gabala Hospitality Group
  • 284

Rəqəmsal Marketinq Mütəxəssisi

  • Истекает 10 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq strategiyanın yaradılmasında iştirak etmək;
  • Rəqəmsal marketinq kampaniyalarının (PPC, birbaşa, sosial media) planlaması, icrası, ölçülməsi və hesabatlılığı; bu istiqamətdə olan son metod və alətlərdən istifadə edərək reklam büdcələrinin optimallaşdırılması və kampaniyaların effektivliyinin artırılması; 
  • Son trend və yanaşmaların izlənilməsi, ölçü alətlərinin, rəqib və bazar məlumatlarının araşdırılması;
  • Vebsayt fəaliyyətlərinin icra edilməsi: cari vebsaytların performansının yüksəldilməsi, məzmunların dəyişdirilməsi, istifadəçilərin idarə edilməsi; yeni vebsaytların yaradılması proseslərinin idarə edilməsi;
  • Rəsmi vebsayt və digər onlayn satış profillərinin idarə edilməsi;
  • Vebsayt, rəqəmsal marketinq və digər rəqəmsal resurs və platformların idarə edilməsi;
  • Rəqəmsal fəaliyyətlə bağlı üçüncü tərəflərin koordinasiya edilməsi;
  • Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
  • Rəqəmsal B2C kommunikasiya (Email&SMS marketinqi);
  • Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.

Tələb olunan keyfiyyətlər:

  • Marketinq, Biznesin İdarə edilməsi, Menecment və ya digər əlaqədar sahələr üzrə təhsil. Əlavə sertifikatlar üstünlükdür;
  • Rəqəmsal marketinq üzrə ən az 2 il iş təcrübəsi;
  • Email marketinqi, məzmun marketinqi (content marketing), Google Adwords, Google Analytics, SEO, Sosial media reklamları istiqamətində təcrübə;
  • Analiz və hesabat bacarığı;
  • Planlı, dəqiq və punktual olmaq; 
  • Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
  • Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Təminatlar:

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun rəsmiləşmə;
  • 5 günlük iş həftəsi;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

İş yeri Qəbələ şəhərində yerləşir. Uzaqdan (distant) çalışma müraciətlərinə baxıla bilər. Bu vakansiya tam ştatlı əsas iş yerini əhatə edir. Əlavə məşğulluq, ikinci iş yeri və ya frilans formatı nəzərdən keçirilmir.

Qəbələdən kənar regionlardan cəlb olunan əməkdaşlara yaşayış yeri ilə bağlı köməklik göstərilə bilər. 

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı (Rəqəmsal Marketinq mütəxəssisi) göstərilməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly376
  • Monthly1063