Vəzifə öhdəlikləri
- Restoran brendlərinin marketinq strategiyalarını və planlarını hazırlamaq və onların reallaşmasını həyata keçirmək.
- Hər restoranın konsepti, hədəf auditoriyası və hədəflərinə uyğun xüsusi kommunikasiya planları hazırlamaq və onların reallaşmasını həyata keçirmək.
- Rəqəmsal və sosial media kampaniyalarını, influencerlərlə əməkdaşlıq və birbaşa kampaniyaları (EDM, SMS) habelə ənənəvi marketinq kanallarını idarə etmək. Məzmun yaratma prosesi, reklam fəaliyyətinin idarə edilməsi daxil olmaqla sosial media menecmenti. Digər rəqəmsal reklam fəaliyyətinin təşkili (PPC reklamları).
- Fiziki məkanlarda vizual kommunikasiyaya nəzarət, brendli məhsullarda brend standartlarının qorunmasını təmin etmək.
- Müştəri rəylərinin və onların qəbul edildiyi onlayn profillərin idarə edilməsi.
- Mövsümlük promouşnlar, tədbirlər və ümumilikdə restoranın xidmətləri barədə biznes hədəflərinə çatmaq üçün təkliflər vermək, bu fəaliyyətləri marketinq addımları ilə dəstəkləmək.
- Marketinq fəaliyyətlərinin icra edilməsi üçün əməliyyat və satış komandaları ilə sıx çalışmaq.
- Trendləri və bazarı izləmək üçün araşdırmalar etmək.
- Marketinq fəaliyyətləri haqqında hesabatlar hazırlamaq.
Tələb olunan keyfiyyətlər:
- Marketinq, Biznesin idarə edilməsi sahəsində ali təhsil.
- İngilis dilində peşəkar ünsiyyət bacarığı. Rus dili üsdünlükdür.
- İctimai iaşə, qonaqpərvərlik və ya turizm sahələrində min. 4 il təcrübə. Çoxbrendli restoran şəbəkəsində iş təcrübəsi arzu olunandır.
- Restoran sahəsində trendlər və müştəri davranışları barədə məlumatlı olmaq.
- Brend idarəetməsi, sosial media və məzmun yaratma, sosial media və rəqəmsal reklamlar istiqamətində dərin məlumat və bacarıq.
- Eyni zamanda bir neçə layihənin idarəetməsi və detallara diqqət etmək bacarığı.
- Yaradıcı və tənqidi düşüncə.
- Regionlara səyahət və orada işləmə mükünlüyü.
İş yeri: Bakı şəhəri (ayda bir neçə gün Qəbələ şəhərinə iş səfərləri olacaq)
Maraqlananlar CV məlumatlarını başlıq hissəsinə vəzifə adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.