Gabala Hospitality Group (GHG) olaraq Qəbələ regionunda fəaliyyət göstərən müxtəlif biznes vahidlərinin sosial media fəaliyyətlərinin planlaşdırılması, idarə olunması, koordinasiyası və inkişafı üçün Sosial Media Meneceri axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Qrupun daxil olan müxtəlif biznes vahidləri üzrə sosial media strategiyasının hazırlanması və icrası;
- Aylıq, həftəlik və kampaniya əsaslı kontent planlarının hazırlanması;
- Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və digər uyğun platformaların idarə olunması;
- Brend, digital, sosial media, PR, content və digər marketinq istiqamətlərinin bir-biri ilə uyğun işləməsini təmin etmək;
- Post, Reels, Stories, Shorts və digər formatlar üzrə kontent ideyalarının hazırlanması;
- Kontent istehsalı üçün videoqraf, dizayner, fotoqraf və digər yaradıcı komanda üzvləri ilə koordinasiya;
- Brend tonuna, vizual üsluba və kommunikasiya qaydalarına uyğun mətnlərin hazırlanması;
- Kampaniyaların sosial media üzrə kommunikasiya planının qurulması;
- Sosial media platformalarında gündəlik aktivliyin və aktual mövzuların izlənilməsi;
- Şərhlərin, mesajların və istifadəçi reaksiyalarının aidiyyəti üzrə yönləndirilməsi və idarə olunması;
- Sosial media hesablarının daim aktual saxlanılması;
- Vacib kampaniya, tədbir və layihələrin sosial mediada vaxtında və düzgün təqdim olunması;
- Sosial media trendlərinin izlənilməsi və uyğun olanların brendə adaptasiya edilməsi;
- Rəqiblərin və bazardakı digər brendlərin sosial media fəaliyyətlərinin izlənilməsi;
- Kontentin nəticələrinin təhlil edilməsi və nəticələr əsasında təkmilləşdirmə təkliflərinin hazırlanması
- Sosial media hesabatlarının hazırlanması;
- Engagement, reach, impressions, follower growth, video views, CTR və digər əsas göstəricilərin izlənilməsi;
- Paid social media kampaniyaları ilə bağlı aidiyyəti komanda və ya agentliklə koordinasiya;
- Kampaniya müddətində operativ olaraq real-time kontentin hazırlanması və paylaşılması;
- Ehtiyac olduqda çəkilişlərdə, tədbirlərdə və müxtəlif lokasiyalarda iştirak etmək.
Tələblər
- Sosial media idarəçiliyi üzrə praktiki təcrübə;
- Instagram, Facebook, TikTok, YouTube və digər platformaların iş prinsipini bilmək;
- Kontent planlaşdırma və kontent strategiyası hazırlamaq bacarığı;
- Copywriting və caption hazırlamaq bacarığı;
- Sosial media trendlərini izləmək və onları brendə uyğunlaşdırmaq bacarığı;
- Analitik düşüncə;
- Sosial media statistikalarını oxumaq və nəticə çıxarmaq bacarığı
- Meta Business Suite və digər sosial media idarəetmə alətləri ilə işləmək bacarığı
- Basic Canva, CapCut və ya digər sadə kontent hazırlama proqramları ilə işləmək bacarığı;
- Güclü Azərbaycan dili;
- İngilis və rus dili biliyi üstünlükdür
- Komanda ilə işləmək bacarığı
Biz nə təklif edirik?
- Qəbələ regionunun aparıcı hotel və turizm şirkətlərindən birində rəhbər vəzifədə karyera imkanı;
- GHG üzrə Sosial media əməliyyatlarına rəhbərlik etməklə geniş peşəkar məsuliyyət və inkişaf imkanları;
- GHG-nin formalaşmış Sosial media standartlarının daha da inkişaf etdirilməsində və ümumi sosial media strategiyasının həyata keçirilməsində iştirak etmək imkanı;
- Təcrübə və ideyalarınızı Qrup Marketinq Direktoru və peşəkar marketinq komandası ilə birlikdə reallaşdırmaq imkanı;
- Beynəlxalq Sosial media təcrübəsinin mövcud sistemə uyğun şəkildə tətbiqinə töhfə vermək imkanı;
- GHG daxilində uzunmüddətli karyera və peşəkar inkişaf imkanları;
- Vəzifə və namizədin təcrübəsinə uyğun rəqabətli əmək haqqı və şirkət tərəfindən müəyyən edilmiş digər iş üstünlükləri , sosial təminatlar.
CV-lərinizi subject hissəsində “Sosial Media Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.