Həkim-USM

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Həkim-USM

  • Deadline 5 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Tibb
Tabeçilik: Baş həkim 
Əmək funksiyası tələbləri:

  • Şüa diaqnostikası üzrə həkimin tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.Həkim etikası və deontologiyası prinsiplərinə riayət edir;
  • Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
  • Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.
  • Gündəlik olaraq müayinə olunan  və əks göstəriş olan xəstələr haqqında Baş həkimə məlumat vermək;
  • Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;
  • Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir;
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
  • Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir.
  • Qonaqların rəy kartoçkalarındakı rəylərindən, qonaq məmnuniyyəti və xidmətdə yol verilən səhvlərin dəyərləndirilməsindən əldə edilən informasiyanı məlumatlandırıldıqda tədbir görür.
  • Tibbi şöbədə qrafik üzrə keçirilən toplantılarda iştirak edir, 
  • Tələb edilərsə şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
  • Qonaqlarla ünsiyyətdə olur, ictimai fəaliyyətlərdə iştirak edir.

Tələblər:

  • Təhsil: Tibb üzrə ali təhsil və sertifikat (sahəsi üzrə tələb olunur).
  • İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • Qonaqlarla ilə peşəkar ünsiyyət qurma bacarığı.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Kompüter bilikləri:
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • Rus dili –sərbəst (ingilis dili üstünlükdür);

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
  • İş saatları: 09:00-16:00 və həftənin  bazar günü istirahət günüdür;
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta təmin edilir.
  • Əməkdaş yaşayış yeri ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini elektron poçt ünvanına başlıq hissəsinə “Həkim-USM” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 05.12.2024

  • Daily23
  • Weekly551
  • Monthly2193